ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan və Böyük Britaniya Müdafiə Nazirlikləri arasında 2026-2027-ci illər üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin X hesabında paylaşım edilib.
“Biz müdafiə sahəsindəki sıx əməkdaşlığımızdan və Strateji Tərəfdaşlıq çərçivəsində onun rolundan qürur duyuruq. Dünən Böyük Britaniya və Azərbaycan Müdafiə nazirlikləri arasında 2026/27-ci illər üçün müdafiə üzrə İkili Əməkdaşlıq Planı imzalanıb. Ortaq prioritetlərin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirik”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycana qarşı silah embarqosunu tamamilə aradan qaldırmasından sonra müdafiə sahəsində iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar açılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.