AZ

Ağstafada avtomobil rabitə xəttinə çırpılıb, 4 nəfər xəsarət alıb » AzadMedia.az


Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı rabitə xəttinə çırpılıb.

Qəza zamanı 1982-ci il təvəllüdlü V.Salehov, 2010-cu il təvəllüdlü G.Salehova, 1985-ci il təvəllüdlü G.Rzayeva və 2009-cu il təvəllüdlü G.Mustafayeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara dərhal yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Seçilən
12
11
azadmedia.az

10Mənbələr