AZ

Zəngilanın Məmmədbəyli kəndində 188 ev inşa edilib - FOTO » AzadMedia.az


Zəngilan rayonunun yenidən inşa olunan Məmmədbəyli kəndinin ümumi sahəsi 51,6 hektardır.

Bu barədə kəndə təşkil olunan media-turda bildirilib.

Qeyd olunub ki, kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub.

Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. İnzibati binalarda, eləcə də keçid və istinad divarlarında zövqlə işlənmiş rəsmlər çəkilib. Bu isə kəndin ümumi görünüşünə əlavə çalarlar qatır.(Apa)
Seçilən
21
9
azadmedia.az

10Mənbələr