AZ

Avropa İttifaqı mümkün müharibə ilə əlaqədar texnikanın çevik yerdəyişməsi planı üzərində işləyir

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) və NATO ölkələrinin hökumətləri ilə birlikdə mümkün hərbi münaqişə ilə əlaqədar ağır texnikanın qitə ərazisində operativ şəkildə yerdəyişməsinə imkan verən mexanizmin əlaqələndirilməsi üzərində işləyir.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadla yazıb.

Bildirilir ki, təşəbbüs Aİ dövlətlərinin qoşunların və silahların yerdəyişməsi zamanı istifadə edə biləcəkləri nəqliyyat vasitələrinin - yük maşınlarının, dəmiryolu platformalarının və bərələrin ümumi fondunun yaradılmasını nəzərdə tutur. Gələn ay AK nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə və blokun gömrük prosedurlarının sadələşdirilməsinə dair təkliflər təqdim etmək niyyətindədir.

Mənbələrin iddia etdiyinə görə, AK, həmçinin Aİ-də yük avtomobilləri və dəmiryol vaqonlarının xüsusi parkının yaradılması imkanlarını araşdırır, lakin Aİ-nin məhdud büdcəsi nəzərə alınarsa, bunu etmək çətin olacaq. Bütövlükdə layihə ilkin mərhələdədir və dəyişikliklərə məruz qala bilər.

Aİ 2025-ci ilin baharında genişmiqyaslı hərbiləşdirmə yolunda addımlar atıb. Mart ayında Brüsseldə keçirilən fövqəladə sammitdə birgə silah satın alınmasını nəzərdə tutan 800 milyard avroluq "ReArm EU" yenidən silahlanma planı təsdiq edilib. Daha sonra Aİ Şurası 2030-cu ilə qədər uzunmüddətli hərbi quruculuq proqramının bir hissəsi kimi, 150 milyard avroluq hərbiləşdirmə fondunun (SAFE) yaradılmasını təsdiqləyib. NATO-nun iyun ayında Haaqada keçirilən sammitində alyansın avropalı üzvlərinin hərbi xərclərinin 2034-cü il üçün ÜDM-in 5%-nə qədər artırılması qərara alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
oxu.az

1Mənbələr