ain.az bildirir, Marja.az portalına istinadən.
Azərbaycan və Qazaxıstan bir-birinə meyvə-tərəvəzi "yaşıl dəhliz"lə daşıyacaq.
Bunu açıqlamasında Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Ayjan Bijanova bildirib.

Onun sözlərinə görə, ölkəsi Azərbaycandan kənd təsərrüfatı məhsulları idxalını artırmaq istəyir:
"Bizim mövsümlərarası dövrdə meyvə-tərəvəzə böyük ehtiyacımız olur. Buna görə gömrük orqanlarımız arasında "yaşıl dəhliz" açırıq. Bu dəhliz vasitəsilə meyvə-tərəvəz Azərbaycandan Qazaxıstana maneəsiz daşınacaq. Daxili bazarımız təmin olunacaq. Eyni zamanda məhsulların bir hissəsini emal edib Avropa İttifaqına, Çinə, Rusiyaya ixrac etməyi planlaşdırırıq".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
 
                        