ain.az, Axsham.az portalına istinadən məlumat verir.
Teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durov Avropa və digər ölkələrlə müqayisədə Dubayda yaşamağa daha çox üstünlük verdiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, 41 yaşlı Durov bu haqda Birləşmiş Ərəb Əmirliklərində qatıldığı tədbirlərdən birində deyib:
“Dubayda son dəfə çıxış etdiyimdən bəri bir ildən çox vaxt keçib. Bu il ərzində çox şey baş verdi. Bir müddət Parisdə oldum. Bilmirəm siz necə, amma mən Avropada nə qədər çox qalsam, bir o qədər çox Dubayı sevirəm”.
Durov BƏƏ-yə köçən sahibkarları “milyonçu qaçqınlar” adlandıraraq, şəhərdəki tıxacların onların artan sayda “Rolls-Royce” avtomobilləri ilə bağlı olduğunu zarafatla qeyd edib:
“Görünür ki, milyonçularınn qaçqın böhranı başlayır. Bir az yavaşlayın, yoxsa Dubayda tezliklə sizin dəbdəbəli villalarınızı tikmək üçün torpaq qalmayacaq”.
Qeyd edək ki, ötən il Durov 12 ölkədə sperma donorluğu nəticəsində dünyaya gələn 100-dən çox bioloji övladının, həmçinin üç fərqli qadından altı rəsmi uşağının olduğunu açıqlamışdı. İş adamı bu yaxınlarda vəsiyyətini açıqlayaraq bildirib ki, 106 uşağın hamısı miras hüququnda bərabər olacaq. 2024-cü ilə olan məlumata görə, Durovun sərvəti 15,5 milyard dollar qiymətləndirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.