AZ

Putinin yeni "qiyamət silahı" üzə çıxdı - DETALLAR

Vladimir Putin tərəfindən ictimaiyyətə təqdim edilən və Rusiyanın inkişaf etdirdiyi nüvə enerjili sualtı torpeda “Poseidon”, Rusiya mediasında “qiyamət silahı” kimi tanınır.

GRAU təsnifatında 2M39 kodu ilə qeyd olunan və NATO tərəfindən “Kanyon” adlandırılan bu sistem 2010-cu illərin ortalarından bəri hazırlanır. Putin 2018-ci ildə layihəni rəsmi şəkildə elan etmişdi.

"Cebheinfo.az" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, “Poseidon”un əsas vəzifəsi düşmən ölkələrin limanlarını, dəniz bazalarını və aviadaşıyıcı qruplarını hədəf alaraq partlayışdan sonra yaranacaq radiasiya və nəhəng dalğalarla böyük dağıntılar yaratmaqdır.

Texniki xüsusiyyətləri gizli saxlanılan “Poseidon”un kiçik nüvə reaktorla işlədiyi, çox uzun məsafələrə hərəkət edə bildiyi və su altında aşkarlanmasının son dərəcə çətin olduğu bildirilir. Rusiya agentliyi TASS-a görə, torpedanın daşıdığı döyüş başlığı iki meqaton gücünə çata bilir. 

“Poseidon”un mənşəyi Sovet İttifaqı dövründə hazırlanmış “T-15” adlı nüvə supertorpeda layihəsinə dayanır.İlk əməliyyat sursatı 2023-cü ildə istehsal olunub. Silahın daşıyıcısı kimi 09852 layihəsi çərçivəsində hazırlanmış Belgorod sinifli nüvə sualtı qayığı seçilib.

Həmçinin Habarovsk və Ulyanovsk layihələri də gələcəkdə “Poseidon”u daşıya biləcək şəkildə inşa edilir.Rusiya mediasına görə, NATO da bu silahı qlobal sabitliyi təhdid edən bir “qiyamət vasitəsi” kimi qiymətləndirir.Moskva isə Poseidonu ölkə təhlükəsizliyini təmin etməyə yönəlmiş çəkindirici bir amil kimi təqdim edir.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr