AZ

100 dən çox əcnəbi mağazalara baş çəkmək üçün birgünlük Azərbaycana gəlib STATİSTİKA

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana səfər etmiş birgünlük ziyarətçilərin ümumi sayı 27 787 nəfər təşkil edib.

Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu dövrdə birgünlük səfərlərin böyük əksəriyyəti, yəni 23 854 nəfər tranzit məqsədlə qeydə alınıb.

İstirahət və əyləncə məqsədilə 1645 nəfər, qohumlara və dostlara baş çəkmək məqsədilə isə 1087 nəfər birgünlük ölkəyə gəlib. İşgüzar məqsədlə gələnlərin sayı 1001 nəfər, mağazalara baş çəkmək məqsədilə gələnlərin sayı isə 115 nəfər olub. Dini ziyarət məqsədilə Azərbaycana 60 nəfər birgünlük ziyarətçi səfər edib.

Ölkələr üzrə ən çox birgünlük ziyarətçi 9210 nəfərlə Rusiya Federasiyasının payına düşür. Türkiyədən gələn birgünlük ziyarətçilərin sayı 4320 nəfər olub. Gürcüstandan cəmi 1289 nəfər birgünlük ziyarətçi gəlib. Həmçinin, İrandan birgünlük ziyarətçilərin sayı 478 nəfər təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
oxu.az

1Mənbələr