Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi müxtəlif təyinatlı mallar alır.
Pravda.az-ın xəbərinə görə, Birlik bunun üçün 339 660 AZN xərcləməyi planlaşdırır. Buraya əsasən fəhlə geyimi, yağmurluq, qış ayaqqabısı və s. daxildir.
Hələlik satışı həyata keçirəcək şirkət müəyyən edilməyib.
Qeyd: Rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalovdur.