AZ

Oturaq həyat tərzi hamiləliyə necə təsir göstərir?

“Müasir dövrdə bir çox qadın oturaq iş rejimində çalışır və az hərəkətli həyat tərzi sürür. Lakin hamiləlik dövründə bu vəziyyət əlavə risklər yaradır və həm ananın, həm də dölün sağlamlığına mənfi təsir göstərir”.

Musavat.com bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində mama-ginekoloq Sahilə Vəliyeva açıqlayıb.

Attachment

Onun sözlərinə, görə fiziki sağlamlığa təsirlər arasında çəki artımı əsas problemlərdən biridir: “Hərəkətsizlik piylənməni sürətləndirir və bu, hamiləlik şəkəri ilə yanaşı, yüksək qan təzyiqi riskini də artırır. Uzun müddət hərəkətsiz qalmaq bel, kürək və ayaqlarda ağrılara səbəb olur. Eyni zamanda, oturaq həyat tərzi qan dövranını zəiflədir, bu isə ayaqlarda şişkinlik, damarların genişlənməsi və tromb riskinin artmasına gətirib çıxarır. Psixoloji təsirlər də diqqətdən kənarda qalmamalıdır. Az hərəkət edən hamilələrdə stress və gərginlik daha çox müşahidə olunur. Bunun səbəbi hərəkət zamanı endorfin hormonunun ifrazının artması, hərəkətsizlikdə isə onun azalmasıdır. Nəticədə hamilə qadınlarda əhval dəyişiklikləri, yuxusuzluq, yorğunluq və hətta depressiya halları baş verə bilər”.

S.Vəliyeva bildirib ki, dölün inkişafına təsirləri də mühümdür:

“Hərəkətsizlik qan dövranını zəiflədir və bu, dölün oksigen və qida maddələri ilə təminatını azalda bilər. Əzələlərin zəifləməsi isə doğuş prosesini çətinləşdirir və doğuşun gedişinə mənfi təsir göstərir. Hərəkət və həyat tərzi ilə bağlı olaraq həkim icazəsi ilə yüngül gəzintilər və hamiləlik üçün xüsusi idman məşqləri faydalıdır. Oturaq iş zamanı hər bir saatdan bir qısa hərəkət etmək tövsiyə olunur. Bundan əlavə, meditasiya və nəfəs məşqləri həm ananın rahatlığı, həm də körpənin sağlam inkişafı üçün müsbət təsir göstərir”.

Seçilən
1
4
musavat.com

5Mənbələr