İstanbul, 30 oktyabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda çökən yeddimərtəbəli binada aparılan axtarış-xilasetmə işləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, tikilinin dağıntıları altında qalan daha iki nəfərin cəsədləri də çıxarılıb.
Hadisə zamanı həlak olanların hamısı bir ailənin üzvləridirlər.
Beş nəfərdən ibarət ailənin yalnız bir üzvünü - qızı xilas etmək mümkün olub.
Xatırladaq ki, bina oktyabrın 28-i saat 7:30 radələrində çöküb
Hadisə ilə bağlı araşdırma başlayıb.
 
                        