Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu barədə RTL radiosu hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla məlumat yayıb. Saxlanılan şəxslərin oğurluqda mümkün rolu və onların cinayətdə birbaşa iştirakda ittiham olunan iki şübhəli ilə əlaqəsi barədə məlumat verilmir. Fransa polisi oktyabrın 25-də iki şübhəlini saxlayıb. Dindirmə zamanı onlar qarətdə iştiraklarını “qismən etiraf ediblər”. Xatırladaq ki, oktyabrın 19-da qarətçilər Luvr muzeyinə soxularaq fransız krallarına və imperatriçalarına məxsus tarixi zinət əşyalarını oğurlayıblar. Oğurluqdan dəymiş ziyan 88 milyon avro dəyərində qiymətləndirilir. AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.