AZ

Bizim bazarda məlumatların təxminən 50 % i hələ də internet resurslarına çıxışı olmayan əmlakçıların əlindədir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“OpenAI” şirkətinin rəhbəri və “ChatGPT”nin yaradıcısı Sam Altman süni intellektlə bağlı açıqlaması ilə sosial mediada böyük müzakirə yaradıb. O bəzi peşələrin süni intellekt dövründə yoxa çıxacağını bildirib. Onun sözlərinə görə, süni intellekt cəmiyyətə hansı fəaliyyətlərin həqiqi dəyər yaratdığını, hansının isə əməyin təqlidi olduğunu göstərəcək. Sam Altmanın fikirləri sosial mediada tənqid və mübahisələrə səbəb olub.Əmlak sahəsində texnologiyanın rolu artdıqca nələr dəyişir?Süni intellektin təsiri ilə dəyişən əmək bazarı insanların daşınmaz əmlak alma strategiyalarını dəyişə bilərmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan əmlak eksperti Elnur Azadov bildirib ki, bəzi peşələrin gələcəkdə birdən yox, tədricən müxtəlif zamanlarda ixtisara düşməsi gözlənilir.

Elnur Azadov

“Sözsüz ki, süni intellektin inkişafı dedikdə burda, təkcə texnologiyalardan söhbət getmir, texnologiyaların inkişafı ilə bağlı bəzi peşələrin gələcəkdə birdən yox, tədricən müxtəlif zamanlarda ixtisara düşməsi gözlənilir. Əksinə bunu da əvəz edən digər peşələrin də meydana gəlməsi gözlənilir.

Daşınmaz əmlak sektoruna ciddi təsir edəcəyini düşünmürəm. Qeyd edim ki, ölkədə 15 minə yaxın realtor əmlak fəaliyyəti ilə bağlı fəaliyyət göstərən şəxslər var. Süni intellekt və internet resursları onlar üçün internet məkanında olan yalnız hər hansı bir elanları tapa bilər. Bizim bazarda məlumatların təxminən 50 %-i hələ də internet resurslarına çıxışı olmayan əmlakçıların əlindədir. Ona görə yaxın ən azı 5 il ərzində bu sektora ciddi bir təsirlərini düşünmürəm. 5-6 ildən sonra çox yüksək səviyyədə inkişaf etsə, müəyyən resurslar və onlar hamısı internet məkanlarında hardasa əks olarlarsa, realtor peşəsinə tələbat bəlkə də 30-40 % azala bilər. Əminəm ki, 50 %-dən çox olmayacaq. Nə qədər olsa da süni şüur lazım olan qədər məlumatları emal edə bilmir. Orada danışmaq yolu ilə əldə olunan xidmət sahəsidir. Yüksək peşəkar bilik, psixologiya anlayışı və digər tələblər bu sahədə də var.

Fikrimcə, süni intellekt insan düşüncəsini əvəz edə bilməz. Diplomatik yanaşma, analiz, təhlil psixoloji bir təhlil və digərləri realtor peşəsində daha yüksək səviyyədədir. Düşünmürəm ki, süni intellekt yaxın 5-10 il ərzində bu dərəcədə inkişaf edə bilər”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
bizimyol.info

1Mənbələr