AZ

“Kəpəz” azarkeşlərinə görə cərimələnib

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend AFFA-yaistinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbuledilib:

24.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun“Kəpəz” – “İmişli” oyununun 25-ci dəqiqəsində “Kəpəz” komandasınınqapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qaydapozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyunaburaxılmasın, “Kəpəz” klubu 1000 manat cərimə edilsin (maddə44.2);

24.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun“Kəpəz” – “İmişli” oyununun 38-ci dəqiqəsində “Kəpəz” komandasınınazarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildətəhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdəikinci dəfə yaşandığına görə “Kəpəz” klubu 6000 manat cəriməedilsin (maddə 52.5);

24.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun“Kəpəz” – “İmişli” oyununun 68-ci dəqiqəsində “Kəpəz” komandasınınazarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinəgörə “Kəpəz” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

25.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun“Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah” komandasında 4 nəfərsarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin(maddə 43.1);

26.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun“Qəbələ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasınınazarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinəgörə “Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

Seçilən
3
12
az.trend.az

3Mənbələr