AZ

AYNA-dan Çin maşınları ilə bağlı açıqlama gəldi – Yenilənib 

Xəbər verdiyimiz kimi, Ağ Şəhər ərazisində yerləşən AYNA avtomobil dayanacağında Çin istehsalı avtomobillərin uzun müddət park edildiyi, üstəlik bir çox maşının nömrəsinin olmadığı müəyyən edilib.

Hadisə ilə bağlı Tribunainfo.az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, “məsələ araşdırılıb. Sözügedən əraziyə baxış keçirilib və obyekt sahibinə ciddi xəbərdarlıq olunub, bu kimi halların yolverilməz olduğu bildirilib. AYNA tərəfindən parklanma ərazilərində mütəmadi monitorinqlər davam etdirilir”.

***

Ağ Şəhər ərazisində yerləşən AYNA avtomobil dayanacağında Çin istehsalı avtomobillərin uzun müddət park edildiyi, üstəlik bir çox maşının nömrəsinin olmadığı müəyyən edilib.

Tribunainfo.az-ın xəbərinə görə, şikayətçi iddia edir ki, satış üçün düzüldüyü bildirilən həmin avtomobillər günlərlə, hətta həftələrlə ərazidə qalır.

“Həmin parkinq yerində isə, adi vətəndaşlar 10 dəqiqə maşın saxladıqda, dərhal 20 AZN cərimə olunurlar”.

Sakin AYNA rəhbərliyinin vəziyyətə reaksiya vermədiyini bildirib.

Dayanacaqda nəzarətin zəif olduğu və qaydaların ayrı-seçkilik edilərək tətbiq olunduğu iddia olunur.

Dəniz Pənahova

Seçilən
6
5
tribunainfo.az

6Mənbələr