"Qarabağ"ın futbolçusu Kadi Borges Azərbaycan Taekvondo Federasiyasının məşq zalına baş çəkib.
Offsideplus.az xəbər verir ki, bir müddət öncə DOST TV-nin efirində yayımlanan “İdmançının Dostu” verilişinin qonağı olan gənc parataekvondoçu Amin Əliyev “Qarabağ” klubunun və bu komandanın braziliyalı futbolçusu Kadi Borgesin sadiq azarkeşi olduğunu bildirmişdi. Belə ki, Avropa Gənclər Paralimpiya Oyunlarının qızıl medalçısı 19 yaşlı paralimpiyaçımız Kadiyə görə özünə "Kadi" ləqəbini götürüb.
Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Kadi Borges parataekvondoçularımızın məşqinə gələrək Amin Əliyevə sürpriz edib. Braziliyalı futbolçu ona öz formasını hədiyyə edib.
 
                        