AZ

İsrail Livana zərbə endirib

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubuna zərbələrin endirilməsi barədə məlumatı təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə IDF-nin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Şimal Komandanlığın rəhbərliyi və Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Livanın cənubundakı əl-Mahmudiyə bölgəsində "Hizbullah"ın infrastruktur obyektlərinə, raket qurğusuna və şaxtasına zərbələr endirib", - bəyanatda deyilir.

İsrail Müdafiə Qüvvələri bildirir ki, bu bölgədə "Hizbullah"ın infrastrukturunun mövcudluğu İsrail və Livan arasında əldə edilmiş razılaşmaların pozulmasıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
3
icma.az

4Mənbələr