AZ

Xalq Bank Eurasian Bank və Uzpromstroybank nümayəndə heyətlərini qəbul edib

Xalq Bank Qazaxıstan və Özbəkistanın iri maliyyə qurumları – Eurasian Bank və Uzpromstroybank nümayəndə heyətlərini qəbul edib.

Görüş tərəflər arasında fərdi bankçılıq, kredit və qeyri-kredit məhsulları, müştəri yönümlü xidmət modellərinin inkişafı sahəsində təcrübə mübadiləsi məqsədi daşıyıb.

Qonaqlara Xalq Bankın müasir xidmət modeli, müxtəlif müştəri seqmentlərinə uyğunlaşdırılmış məhsul və həllər, həmçinin rəqəmsal bankçılıq istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. Görüş zamanı qonaqlar həmçinin Xalq Bankın VIP ofisini ziyarət edərək burada müştərilər üçün yaradılmış fərdi məsləhətçilik yanaşması və rahat xidmət mühiti ilə tanış olublar.

Rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa-nın tərəfdaşlığı ilə keçirilən bu görüş regional banklar arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə, bilik və təcrübə mübadiləsinin təşviqinə xidmət edir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Xalq Bank Eurasian Bank Uzpromstroybank Qazaxıstan Özbəkistan beynəlxalq əməkdaşlıq bankçılıq fərdi bankçılıq kredit məhsulları qeyri-kredit məhsulları müştəri yönümlü xidmət təcrübə mübadiləsi rəqəmsal bankçılıq Visa VIP ofis maliyyə sektoru regional əməkdaşlıq innovativ həllər bank xidmətləri Xalq Bank görüş maliyyə texnologiyaları bank tərəfdaşlığı.
Seçilən
9
5
marja.az

6Mənbələr