AZ

Bu ölkə Rusiya və Belarusa qarşı sərt tədbirlərə başladı

İsveçrə Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketində qeyd olunan əlavə tədbirləri tətbiq edəcək.

Publika.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında məlumat yayımlanıb.

Federal Şuranın müvafiq qərar, o cümlədən “Belarusa qarşı əlavə tədbirlər” qəbul etdiyi bildirilir.

Qeyd edilir ki, İsveçrə əvvəllər sanksiyalar siyahılarının genişləndirilməsi, ixrac nəzarətinin gücləndirilməsi və neftin qiymətinin aşağı salınması ilə bağlı son 18-ci paketdən bir sira tədbirlər tətbiq etmişdi.

Bu halda söhbət ixraca nəzarətin daha da sərtləşdirilməsindən, Rusiyanın bir sıra bankları ilə əməliyyatların tam qadağan edilməsindən və RDIF tərəfindən maliyyələşdirilən layihələrə investisiya qoyuluşunun qadağan edilməsindən gedir. Xam neftdən hazırlanan neft məhsullarının idxalına da qadağa qoyulur.

Seçilən
3
32
publika.az

10Mənbələr