AZ

Çin “Şençjou 21” ekipajlı kosmik gəmisini kosmosa buraxacaq

ain.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Çin Kosmik Agentliyi “Şençjou-21” ekipajlı kosmik gəmisinin noyabrın 3-də kosmosa buraxılacağını açıqlayıb.

Misisya.Az xəbər verir ki, buraxılış Pekin vaxtı ilə saat 23:44-də Çinin şimal-qərbində yerləşən Ciuquan Peyk Buraxılış Mərkəzindən həyata keçiriləcək.

Kosmik gəmi orbitə daxil olduqdan sonra “Tianqonq” (“Səma Sarayı”) kosmik stansiyasının “Tianhe” nüvə moduluna təxminən 3,5 saat ərzində sürətli avtomatik görüş və birləşmə rejimi ilə qoşulacaq.

Agentliyin sözçüsü Çjan Cinbo bildirib ki, “Şençjou-21” missiyasına hazırlıqlar plana uyğun davam edir. Onun sözlərinə görə, buraxılışda istifadə ediləcək “Long March-2F Y21” daşıyıcı raketinə yanacaq doldurulmasına başlanılıb.

Sözçü qeyd edib ki, kosmik gəmi və raket üzərində texniki yoxlamalar başa çatıb, astronavt heyəti tam hazır vəziyyətdədir, yerüstü sistemlər və avadanlıqlar sabit işləyir.

Məlumata əsasən, missiyaya Çin astronavtı Çjan Lu rəhbərlik edəcək. Onunla birlikdə Vu Fey və Çjan Honqjanq da uçuşda iştirak edəcək.

Astronavtlar “Tianqonq” kosmik stansiyasında elmi-tədqiqat təcrübələri və texnoloji sınaqlar aparacaqlar.

Seyranə QuliyevaMissiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
missiya.az

1Mənbələr