AZ

İbrahim Uzunca: Bütün gücümüzü çempionata sərf edəcəyik

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Ağır oyun keçdi. Hər iki komanda növbəti mərhələyə adlamaq istəyirdi". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi" klubunun baş məşqçisi İbrahim Uzunca deyib.Türkiyəli mütəxəssis Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Difai" ilə matçı şərh edib:"İlk hissədə 1:0 öndə idik. Bundan sonra "Difai" bütün riskləri gözə aldı. Öz mövqe səhvlərimizdən iki qol buraxdıq. Bundan sonra çempionat matçlarına köklənəcəyik. Qarşıda "Şəmkir"lə oyunumuz var. Hədəfimiz olan çempionluğa üçün var gücümüzlə çalışacağıq. Futbolçularıma yaxşı oyuna görə təşəkkür edirəm. Rəqib komandanı isə təbrik edirəm. Dediyim kimi, bütün gücümüzü çempionata sərf edəcəyik".Qeyd edək ki, "Xankəndi" - "Difai" matçı 1:2 hesabı ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
1
sport24.az

2Mənbələr