Hüquqları İsveçin AİK klubuna məxsus olan 16 yaşlı vunderkind Kevin Fillinq karyerasını "Dumanlı Albion"da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Florian Plettenberq sosial şəbəkə hesabı üzərindən paylaşaraq yayıb.
Mənbənin məlumatına görə, İngiltərə nəhəngi "Mançester Yunayted" skandinaviyalı forvardın xidmətində maraqlıdır. “Qırmızı şeytanlar” perspektivli isveçlinin keçidi üçün qarşı tərəfə təxminən üç milyon avro ödəməyyə hazırlaşır. “Mançester Yunayted”in Almaniya Bundesliqasından olan 2 komanda ilə oyunçu uğrunda mübarizə apardığı vurğulanıb.
Ruben Amorimin yetirmələri İngiltərə Premyer Liqasında 9 oyundan sonra 16 xal toplayıb və turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.
Mirağa
 
                        