AZ

Paşinyan erməni xalqını sülh prosesinə dəstək olmağa çağırıb

BAKI,TurkicWorld

Ermənistan vətəndaşları qarşıdakı parlament seçkilərində sülh gündəmini dəstəkləməlidirlər. Belə ki, Cənubi Qafqazda uzun illər ərzində ilk dəfə olaraq sülh üçün şans yaranıb.

TurkicWorld Ermənistan KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.

"Mən əminəm ki, Ermənistan xalqı bu gün nail olduğumuz şeyi dəstəkləyəcək. Ermənistan vətəndaşlarının sülh gündəmini və sülh prosesini dəstəkləyəcəyinə heç bir şübhəm yoxdur", - deyə Ermənistanın hökumət başçısı söyləyib.

Seçilən
6
1
turkic.world

2Mənbələr