AZ

Pakistan Türkiyənin xahişi ilə Taliban ilə danışıqları bərpa etməyə razılıq verib

Bakı, 30 oktyabr, AZƏRTAC

İslamabaddakı mənbə cümə axşamı yerli mediaya bildirib ki, Pakistan vasitəçi Türkiyənin xahişi əsasında Taliban ilə danışıqları bərpa etməyə razılıq verib.

AZƏRTAC “Dawn” nəşrinə istinadla xəbər verir ki, iki ölkə arasında həftəsonu ikinci dialoq mərhələsinin başladığı İstanbulda səfərdə olan Pakistan nümayəndə heyəti geri qayıtmaq üzrədir, amma Ankaranın xahişindən sonra lakin orada qalma müddəti uzadılacaq.

Pakistan nəşri onu da qeyd edib ki, müzakirələr Pakistanın Əfqanıstandakı terrorçulara qarşı aydın, təsdiqlənə bilən və effektiv tədbirlər görməsi ilə bağlı əsas tələbi üzərində aparılacaq.

İslamabaddakı təhlükəsizlik rəsmisi bildirib ki, danışıqları davam etdirmək və sülhə daha bir şans vermək qərara alınıb. Belə ki, Əfqanıstan torpağının Pakistana qarşı terror hücumları üçün istifadə edilməyəcəyi rəsmi səviyyədə təsdiq edilməlidir.

Pakistanın informasiya naziri Attaullah Tararın sözlərinə görə, Əfqanıstan torpağından qaynaqlanan terror hücumlarının həllinə yönəlmiş dördgünlük danışıqlar hələ heç bir nəticə verməyib. Müdafiə naziri Xavaca Asifin də sərt çıxışları olub və o, terrorçu fəaliyyətlərin Pakistanı hədəf almağa davam edəcəyi təqdirdə Kabili Əfqanıstanın dərinliklərinə zərbələr endirəcəyi barədə xəbərdar edib.

Müdafiə nazirinin sözlərinə görə, Əfqanıstan qadağan olunmuş “Təhriki Taliban Pakistan” (TTP) təşkilatının öz ərazisindən hücumlar həyata keçirməsinin qarşısını almalıdır. Lakin nazir oktyabrın 29-da jurnalistlərə bildirib ki, Talibanın bu tələblə razılaşmasına baxmayaraq, yazılı şəkildə zəmanət verilməyib.

Seçilən
19
2
azertag.az

3Mənbələr