AZ

Şəmkir Regional Xəstəxanasına yeni təyinat

11:23 30.10.2025
11:23 30.10.2025

Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına yeni baş həkim təyinatı həyata keçirilib.

Mynews.az Report-a istinadən xəbər verir ki, bu vəzifəyə Samirə Kazımova təyin edilib.

S.Kazımova buna qədər Şəmkir Rayon Mərkəzi Xəstənasının tabeliyində fəaliyyət göstərən Kür Qəsəbə Xəstəxanasının baş həkimi olub.

Qeyd edək ki, Şəmkir Regional Xəstəxanasında Gəncə və Naftalan şəhərləri, eləcə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonları da daxil olmaqla, ümumilikdə 2 şəhər və 9 rayon üzrə vətəndaşlara tibbi xidmətlər göstərilir.


Seçilən
33
3
mynews.az

10Mənbələr