Azərbaycan Mərkəzi Bankı “Prior Credit BOKT” ASC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən “Prior Credit BOKT” ASC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir.
"Prior Credit Bank Olmayan kKredit Təşkilatı" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 23 sentyabr 2020–ci il tarixində verilmiş BKT-35 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Təşkilat nağd pul və biznes kreditləri təklif edir.
 
                        