Sərfəli mobil operator “Nar” “Çoox Şanslı” lotereyası çərçivəsində ilk avtomobil sahibi – Zaur Quliyevi təbrik edib və ona “Haval H6 Ultra” avtomobilini təhvil verib.
Eyni zamanda, son tirajda daha üç “Nar” abunəçisi – Ülkər İbrahimova, Mövsüm Məmmədov və Xədicə Əliyeva “Xiaomi Redmi Note 14 Pro” smartfonunu udub.
Xatırladaq ki, “Çoox Şanslı” lotereyası ilin sonuna qədər davam edəcək. Bu müddət ərzində “Nar” abunəçiləri hər gün “Xiaomi Redmi Note 14 Pro”, hər həftə “Haval H6 Ultra” və finalda “Li L9 Ultra” avtomobili kimi möhtəşəm hədiyyələr qazanmaq şansı əldə edirlər. Qaliblər tam təsadüfi seçimlə müəyyən olunur və canlı yayımda elan edilir.
Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını “Nar+” tətbiqi və nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər.
Daha ətraflı məlumat üçün: lotereya.nar.az/
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.