ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyada Çin Prezidenti Si Cinpinlə danışıqları zamanı Tayvan məsələsini gündəmə gətirməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Dövlət başçısı Pusandan Vaşinqtona uçan təyyarəsində jurnalistlərlə söhbət edib.
"Tayvan heç vaxt müzakirə olunmayıb", - deyə Tramp qeyd edib.
Tramp və Si Cinpinq oktyabrın 30-da Cənubi Koreyada danışıqlar aparıb və 90 dəqiqədən çox davam edib. ABŞ Prezidenti daha sonra görüşü yüksək qiymətləndirib.