AZ

BDU-da Mədəni İrsi Araşdırmalar Mərkəzi yaradılır

Bakı, 30 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın mədəni irsinin, tarixi abidələrinin və nadir memarlıq nümunələrinin elmi əsaslarla tədqiqi, öyrənilməsi və təbliği məqsədilə Mədəni İrsi Araşdırmalar Mərkəzi yaradılır.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bununla bağlı Elmi şura qərar qəbul edib. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra azad edilmiş torpaqlarımızda yerləşən və tarixi əsrlərlə ölçülən mədəni irsimizin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. BDU-nun güclü elmi-pedaqoji potensialı bu sahədə genişmiqyaslı tədqiqatların aparılmasına imkan yaradır. Universitet alimləri tərəfindən Azərbaycanın mədəni irsi ilə bağlı elmi-tədqiqat işləri yerinə yetirilir, elmi və elmi-kütləvi məqalələr hazırlanır. Bu istiqamətdə araşdırmaların sistemli xarakter alması və əldə olunan nəticələrin geniş ictimaiyyətə təqdim edilməsi işində yeni yaradılan Mərkəz əhəmiyyətli rol oynayacaq.

Seçilən
0
3
azertag.az

4Mənbələr