AZ

Toydakı davanın səbəbi bilindi

Astara Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Kərim Fərəczadə, Tahir Malikov, Əjdər Cabbarov və Pənah Cabbarovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Qərara əsasən, Kərim Fərəczadə 3 il 5 ay 26 gün, Tahir Malikov 11 ay 26 gün, Əjdər Cabbarov 1 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib. Pənah Cabbarov isə 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası alıb.

İttihama görə, hadisə bu ilin 18 mayında Astaranın Çayoba kəndində yerləşən restoranda keçirilən toy zamanı baş verib.

Belə ki, Kərim Fərəczadə tanışı, zərərçəkmiş Habil Yusifovun anasının onların barəsində xoşagəlməz ifadələr işlətdiyini eşidib. Kərim bu məsələni aydınlaşdırmaq məqsədilə Habili restoranın həyətinə çağırıb.

Seçilən
2
3
publika.az

4Mənbələr