AZ

Ramiz Mehdiyev İŞİNdə Elton Məmmədov da istintaqa cəlb olundu – AMEA-da araşdırma dərinləşir

AMEA-da korrupsiya iddiaları üzrə yeni istintaq mərhələsi başlayıb


Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyəti ilə bağlı genişmiqyaslı araşdırma aparır.

Paytaxt.org “haqqin.az”a istinadla xəbər verir ki, istintaq yalnız sabiq prezident Ramiz Mehdiyevin deyil, həm də hazırkı AMEA rəhbəri İsa Həbibbəylinin və quruma daha əvvəl rəhbərlik etmiş Akif Əlizadənin fəaliyyətini əhatə edir.


Araşdırma çərçivəsində AMEA-da mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının olub-olmadığı araşdırılır. Qeyd olunur ki, Akademiyada baş vermiş qanun pozuntuları ilə bağlı daha əvvəl də cinayət işləri açılıb və Baş İdarə tərəfindən araşdırılıb.


Baş prokuror Kamran Əliyev oktyabrın 1-də verdiyi açıqlamada AMEA ilə bağlı bir neçə istiqamətdə istintaqın aparıldığını, bəzi işlər üzrə ibtidai istintaqın tamamlandığını və məhkəməyə göndərildiyini bildirib. Hazırda Akademiyada baş vermiş başqa bir cinayət işi üzrə istintaq davam edir.


Məlumata görə, ev dustaqlığında olan Ramiz Mehdiyevin AMEA-da çalışdığı dövrdə baş vermiş mənimsəmə faktları üzrə keçmiş millət vəkili Elton Məmmədov da istintaqa cəlb olunub. Prokurorluq onunla bağlı ayrıca cinayət işi aparır.

Seçilən
15
paytaxt.org

1Mənbələr