AZ

Lalə Azərtaş: Vicdanınızı hansı qiymətə satdınız?

Lalə Azərtaş Astara rayonuda toy günü vəfat edən 17 yaşlı qızla bağlı sərt fikirlər səsləndirib. 

"Yeni Sabah" xəbər verir ki, o, "Təsir dairəsi" verilişində ailəyə, aiddiyatı qrumlara və restoran sahibinə müraciət edib.

Aparıcı bildirib ki, bu cür toyalara icazə vermək ən böyük cinayətdir: pizza sifarişi

"Elə bir məbləğ qoyaq, elə bir cəza qoyaq ki, bu kimi halların qarşısı alınsın. Astaranın Deqədi kəndindəki "Ata yurdu" şadlıq evi, niyə evlənən adamın şəxsiyyət vəsiqəsini tələb etmədiniz? Bir qızın atasının evindən məzara getməsinə niyə göz yumdurunuz? Vicdanınızı hansı qiymətə satdınız? Əziz xalqım, bu cinayətlərdə pay sahibi olmaq istəmirsinizsə, mənə "Alo" deməyiniz kifayətdir". 

Hadisə oktyabrın 28-də baş verib. 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın toyu zamanı halı pisləşib. O, Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub. Onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

 

 

Aydan Hacı 

 

 

 


Telegram kanalımız
Seçilən
20
yenisabah.az

1Mənbələr