AZ

Bakıda Avrasiya Françayzinq Forumu keçirilir

BAKI, 30 oktyabr. TELEQRAF

BakıdaAvrasiya Françayzinq Forumu fəaliyyətə başlayıb.

Teleqraf xəbər verir ki, forum "Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyinin qurumun təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) tərəfdaşlığı ilə keçirilir.

Avrasiya Françayzinq Forumu qlobal və yerli brendləri, investorları, sahibkarları və ekspertləri bir araya gətirir.

Forumda Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Dubay, Çin və Almaniyadan olan iş adamları, françayzerlər, investorlar, həmçinin dövlət və özəl qurumların rəhbər şəxsləri iştirak edəcək.

Seçilən
21
teleqraf.com

1Mənbələr