AZ

Ukrayna Rusiyaya görə bu ölkədəki səfirliyini bağlayır

Ukrayna Kubadakı səfirliyini bağlayır.

Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib. 

“Bu il biz Havanadakı səfirliyimizi bağlamaq və diplomatik münasibətlərimizin səviyyəsini aşağı salmaq qərarına gəldik”, - o bildirib.

Diplomat həmçinin qeyd edib ki, Ukrayna BMT Baş Assambleyasının ABŞ-nin Kubaya qarşı embarqoya son qoymasını tələb edən qətnaməsinin əleyhinə səs verib.

Ukrayna Xarici İşlər Nazirliyi Kuba ilə Rusiya arasında yaxın münasibətləri nəzərə alaraq, bu addımın qəfil olmadığını vurğulayıb.

"Cebheinfo.az" 

Seçilən
3
5
cebheinfo.az

8Mənbələr