AZ

Əfsanənin yasa dönən toyundan görüntülər – VİDEO

Astarada faciəli şəkildə həyatını itirən 17 yaşlı Əfsanə İmanovanın toyundan görüntülər yayılıb.
Heftelik.az Qafqazinfo-ya istinadla xəbər verir ki, videoda onun bəylə birgə şadlıq evinə daxil olması görünür.
Bildirilib ki, toy mərasimi oktyabrın 28-i Astaradakı şadlıq saraylarının birində keçirilib.
7 aylıq hamilə olan Əfsanə daha sonra özünü pis hiss edib. Gecə saatlarında xəstəxanaya çatdırılan Ə.İmanova oktyabrın 29-u saat 06 radələrində vəfat edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Əfsanədən əvvəl bətnindəki döl ölübmüş.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik:
Seçilən
8
9
heftelik.az

10Mənbələr