AZ

Çuğundur şirəsini sağlamlığa zərər vermədən içməyin qaydaları açıqlanıb

Çuğundur şirəsi qanazlığının qarşısını almaqda və orqanizmdə qan yaranmasını gücləndirməkdə mühüm rol oynayır. AzPost KP.RU saytına istinadla xəbər verir ki, diyetoloq Lyudmila Denisenko bu faydalı içkinin düzgün qəbul edilmədikdə sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, çuğundur şirəsinin tərkibindəki bəzi maddələr damar spazmına səbəb ola bilər, xüsusilə də ürək-damar xəstəlikləri olan insanlarda bu risk daha yüksəkdir. Buna görə də həkim şirəni az miqdarda qəbul etməyi və daha çox fayda üçün onu kök və ya alma şirəsi ilə qarışdırmağı tövsiyə edib.

Denisenko qeyd edib ki, şirəni sıxdıqdan dərhal sonra içmək düzgün deyil. Onun ən azı 3–4 saat dincəlməsinə imkan verilməlidir. Bu müddət ərzində içkidəki faydalı maddələrin miqdarı artır, eyni zamanda mədə selikli qişasına mənfi təsir göstərə bilən efir maddələrinin miqdarı azalır.

Həkim əlavə edib ki, böyrək daşı, sidik kisəsi və ya digər böyrək problemləri olan şəxslər çuğundur şirəsini təmiz halda içməməlidirlər, çünki onun tərkibində çoxlu miqdarda şabalıd (şavel) turşusu olur.

Buna baxmayaraq, çuğundur şirəsi orqanizm üçün olduqca faydalıdır – o, qan dövranını gücləndirir, iltihabəleyhinə təsir göstərir və yaraların sağalmasını sürətləndirir.

Mütəxəssis vurğulayıb ki, bu içkini pəhrizdə müntəzəm, lakin ölçülü şəkildə saxlamaq sağlamlığın qorunmasına və bədənin təbii bərpa proseslərinin güclənməsinə kömək edir.

AzPost.az

Seçilən
18
1
azpost.info

2Mənbələr