AZ

Həkim bəzi dərmanların çəki artımına səbəb ola biləcəyini bildirib

Bəzi insanlar düzgün qidalanmalarına və mütəmadi idmanla məşğul olmalarına baxmayaraq, yenidən kökəlirlər. AzPost KP.RU saytına istinadla xəbər verir ki, bu halın səbəbi bəzən istifadə edilən dərman preparatları ola bilər.

Həkim-diyetoloq Lyudmila Denisenko bildirib ki, bəzi dərmanların yan təsiri orqanizmdə çəki artımına gətirib çıxarır. Onun sözlərinə görə, bu qrupda bəzi sidikqovucu vasitələr, qıcolma əleyhinə dərmanlar, allergiya əleyhinə preparatlar, antidepresantlar, şəkər xəstəliyinə qarşı dərmanlar, kortikosteroidlər və neyroleptiklər yer alır.

Mütəxəssis əlavə edib ki, gözlənilməz şəkildə, mədə turşusunu azaltmaq üçün istifadə edilən dərmanlar — yəni qıcqırma və mədə yanmasına qarşı antasidlər də bədən çəkisinin artmasına səbəb ola bilər.

Denisenkonun sözlərinə görə, bu cür preparatlar mədə turşusunu azaltdığı üçün zülalların parçalanmasını çətinləşdirir, iştahanı artırır və bədəndə maye yığılmasına şərait yaradır. Nəticədə insanın çəkisində artım baş verir.

Həkim həmçinin qeyd edib ki, antibiotiklərin tez-tez istifadəsi də bədən çəkisinə mənfi təsir göstərir. Bu dərmanlar bağırsaq mikroflorasını zədələyir, maddələr mübadiləsini pozur və nəticədə şəkərli diabetə meyilli vəziyyətlər yaradır.

Mütəxəssis tövsiyə edir ki, dərmanların qəbuluna başlamazdan əvvəl həkimlə məsləhətləşmək, həmçinin uzunmüddətli istifadə zamanı orqanizmdəki dəyişikliklərə diqqətlə yanaşmaq vacibdir.

AzPost.az

Seçilən
8
1
azpost.info

2Mənbələr