Mərkəzi Bankın yeni hesablamalarına görə, Bakıda maaşla mənzil almaq üçün 18 ildən çox işləmək lazımdır. Qeyd edək ki, qonşu Gürcüstanda bu göstərici orta hesabla 13 il, Ermənistanda isə 10 ildir.
Ölkəmizdə mənzillərin qiymətinin yüksək olmasının səbəbi nədir? Hansı problemlər orta və aşağı gəlirli təbəqənin mənzil sahibi olmasını çətinləşdirir?
Məsələ ilə bağlı Publika.az-aaçıqlamasında iqtisadçı Razi Abasbəyli bildirdi ki, Azərbaycanda orta aylıq gəlir Gürcüstan və Ermənistandan aşağı, mənzil qiymətləri isə daha bahadır.
Onun sözlərinə görə, Gürcüstan və Ermənistanda vətəndaşların gəlirləri yüksək, lakin daşınmaz əmlakın 1 kvadratmetri Azərbaycana nisbətən 20-40 faiz ucuzdur.
İqtisadçı ölkəmizdə mənzil qiymətlərinin baha olmasının bir neçə səbəbini sadaladı:
 
                        