AZ

3 variant var: “Vahid İsrail”, ikidövlətli həll və sürgün...

Yaxın Şərqdə sülhün bərqərar olması real görünmür. Bölgədə artıq bütün “qırmızı xətlər” keçilib. Qəzzada baş verənlər isə sülh yox, sadəcə məcburi atəşkəsdir və bu da tərəflər arasında heç bir problemi həll etməyib.
Bu sözləri BUTA.TV-a açıqlamasında siyasi ekspert Turab Rzayev İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzaya təcili zərbələr endirilməsi barədə əmrini şərh edərkən deyib. Onun sözlərinə görə, Qəzza əhalisi 7 oktyabrdan əvvəl də blokada şəraitində yaşayırdı, insan hüquqları pozulurdu, qida çatışmazlığı var idi və bu vəziyyət indi də davam edir: “İsrail üçün Fələstin ərazisində üç əsas ssenari var. 1. Vahid yəhudi-ərəb dövləti – Fələstinin İsrail dövlətinə daxil edilməsi. Bu, həm çətin, həm də qeyri-mümkün bir prosesdir. Hətta reallaşsa belə, əhalinin yarısının ərəb olması səbəbindən bu, artıq “yəhudi dövləti” sayılmayacaq və İsrail üçün məğlubiyyət kimi qiymətləndirilə bilər. 2. İkidövlətli həll – Bu variant da reallıqdan uzaq görünür. İsrail artıq Fələstin ərazisinin böyük hissəsini işğal edib, orada bir milyona yaxın yəhudi yerləşdirib. Bundan başqa, İsrailin daxilində də iki milyona yaxın ərəb yaşayır. Bu şəraitdə ədalətli bölünmə mümkün deyil. Nəticədə yalnız “kiçik Qəzzalar” şəklində ərəb şəhərləri yaranacaq ki, bunu nə Fələstin qəbul edəcək, nə də İsrail ərazi vermək istəyir. 3. Tam ilhaq və əhalinin çıxarılması - qalan yeganə variant budur. Əgər ikidövlətli model də, vahid dövlət də mümkün deyilsə, o zaman İsrail yalnız yəhudi dövləti yaratmaq üçün ərəbləri bu ərazidən çıxarmağa çalışacaq. Bunun isə iki yolu var: soyqırım və ya kütləvi sürgün. Sürgün cəhdləri nəticə vermədi. İnsanları qorxutmaq, aclıqla məcbur etmək də istənilən effekti yaratmadı. Fələstinlilər getmədilər”, - deyə Rzayev bildirib. Siyasi ekspert hesab edir ki, bölgədə yaxın zamanda sülh mümkün deyil:

“Bu qarşıdurmalar davam edəcək, tərəflər bir-birini günahlandıracaq. İndiki şərtlərlə Yaxın Şərqdə daimi sülh real görünmür”.

Seçilən
20
2
buta.tv

3Mənbələr