Qol.az saytına istinadən ain.az xəbər verir.
Hazırda Moskva “Dinamo”sunda oynayan azərbaycanlı futbolçu Ülvi Babayevin adı son günlər “Qarabağ” klubu ilə tez-tex hallanmağa başlayıb. Xüsusən 21 yaşlı sol vinger Rusiya kubokunda “Krılya Sovetov”la matçda (4:0) 3 baxımlı qol vurmaqla həm Rusiya, həm də Azərbaycanda diqqəti özünə çəkib.
QOL.az saytının xəbərinə görə, artıq Ü.Babayev baş məşqçi Valeri Karpin tərəfindən Rusiyanın əsas milli komandasına dəvət alıb. Onunla bağlı AFFA da danışıqlar aparmış, amma qəti cavab ala bilməmişdi.
Son vaxtlar Ü.Babayevlə “Qarabağ”ın da maraqlandığına dair çoxsaylı xəbər dolaşır. Bununla əlaqədar QOL.az saytına mötəbər mənbələrdən məlumat daxil olub.
Əldə etdiyimiz xəbərə görə, baş məşqçi Qurban Qurbanov özü də Ü.Babayev barədə məlumatlıdır. Amma onunla klubun maraqlandığına dair xəbərlər həqiqəti əks etdirmir. Klub tərəfindən futbolçunun özünə, yaxud menecerlərinə hansısa rəsmi və ya qeyri-rəsmi təklif olmayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.