Xəbər verdiyimiz kimi, İspaniya Türk Aerokosmik Sənayesi A.Ş. (TUSAŞ) tərəfindən hazırlanmış Türkiyənin ilk milli reaktiv təlim və yüngül hücum təyyarəsi olan HÜRJET satın alacaq.
Publika.az bildirir ki, İspaniya hökuməti HÜRJET-in alınmasına razılıq verib.
İspaniya Türkiyədən 45 ədəd HÜRJET təyyarəsi alacaq. Müqavilənin dəyəri 3 milyard 120 milyon avro təşkil edir. Anlaşmanın icrasına 2029-2030-cu illərdə başlanılacağı gözlənilir.
Ümumilikdə, müqavilə 30 noyabr 2035-ci ilədək qüvvədə olacaq və uzadılma imkanı nəzərdə tutulmur.
 
                        