Bakı. Trend:
Oktyabrın 29-da MEDİA könüllülərinin II şəbəkələşmə görüşükeçirilib.
Trend xəbər verirki, açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyininİcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Agentliyinfəaliyyətində gənclərin iştirakı və könüllülük fəaliyyətinintəşviqi mühüm yer tutur. “MEDİA könüllüləri” proqramınıninformasiya savadlılığının, peşəkar bacarıqların və sosialməsuliyyət hissinin inkişafında mühüm platformaya çevrildiyinidiqqətə çatdıran Əhməd İsmayılov sözügedən təşəbbüsün gənclərinmedia sahəsində bilik və təcrübə qazanması ilə yanaşı, ölkəninmedia mühitinin inkişafına və yeni nəsil jurnalistlərinformalaşmasına mühüm töhfə verdiyini bildirib.
Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma vəinformasiya texnologiyaları departamentinin direktoru Ləmanİsgəndərova proqramın ötən illər ərzindəki fəaliyyəti barədətəqdimatla çıxış edərək “MEDİA könüllüləri” proqramının inkişafyolundan, əldə olunan nəticələrdən, həmçinin proqram məzunlarınınmedia sahəsindəki uğurlarından bəhs edib.
Görüş zamanı “MEDİA könüllüləri”nin himni təqdim olunub, eləcədə könüllülərin iştirakı ilə “MEDİA könüllüsünün bir günü” adlısəhnəcik nümayiş etdirilib.
Tədbir “MEDİA könüllüləri peşəkar mediada” adlı videoçarxıntəqdimatı ilə davam edib.
 
                         
  
  
  
  
  
  
  
  
  
  
 