AZ

Sumqayıtda idman zalında ölüm hadisəsi

Sumqayıt şəhərində faciəvi hadisə baş verib.

NOCOMMENT.az-ın Sumqayıt bürosunun məlumatına görə, 2004-cü il təvəllüdlü Eyvazov Adil Emin oğlu 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq zamanı qəfil halı pisləşib.

Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılsa da, gəncin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Adil Eyvazov idmanla – taykvondo ilə məşğul olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
29
nocomment.az

1Mənbələr