AZ

Səudiyyə Ərəbistanı vəliəhdi Suriya prezidenti ilə GÖRÜŞDÜ

Səudiyyə Ərəbistanının vəliəhdi Suriya prezidentini qəbul edib.

İnterpress.az xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.

Riyadda keçirilən Gələcək İnvestisiyalar Təşəbbüsü konfransında iştirak edən Suriya prezidenti Əhməd əş-Şaraa Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə görüşüb.

Tərəflər iki ölkə arasında əməkdaşlığın inkişafı yollarını, xüsusilə investisiya və iqtisadi sahələrdə qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər. Həmçinin regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə hər iki tərəfdən bir sıra nazirlər və rəsmi şəxslər də iştirak ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
7
1
interpress.az

2Mənbələr