AZ

"Microsoft" və OpenAI arasında 500 milyard dollarlıq yeni müqavilə

Microsoft və OpenAI, ChatGPT istehsalçısının yenidən qurulmasına imkan verən müqavilə imzalayıb.Metbuat.az xəbər verir ki, bu müqavilə nəticəsində OpenAI şirkətinin dəyəri 500 milyard dollara çatıb. Müqaviləyə əsasən “Microsoft”, təxminən 135 milyard dollar dəyərində olan “OpenAI Group PBC”də 27% paya sahib olacaq. Məlumata görə, şirkət bu günə qədər OpenAI-yə 13,8 milyard dollar sərmayə qoyub. Müqavilədən sonra “Microsoft” səhmləri 2,5 faiz artaraq şirkətin səhmləri 4 trilyon dolları ötüb. Yeni müqavilə iki şirkətin azı 2032-ci ilə qədər sıx tərəfdaşlıq etməsini tələb edir.

Müqaviləyə əsasən OpenAI, “Microsoft”un Azure bulud xidmətlərindən 250 milyard dollar dəyərində xidmət əldə edəcək. Bunun müqabilində Microsoft artıq OpenAI-yə prioritet xidmətlər göstərmək hüququna malik olmayacaq.

Seçilən
6
4
metbuat.az

5Mənbələr