AZ

Luvr OĞURLUĞU İŞİ: iki şübhəli günahını qismən ETİRAF ETDİ

Luvr muzeyində baş verən oğurluq işi ilə bağlı saxlanılan iki nəfər günahını qismən etiraf edib.

İnterpress.az xəbər verir ki, bu barədə Paris prokuroru Lor Bekküo mətbuat konfransında məlumat verib.

Həbs edilən hər iki kişinin Luvr soyğunçuluğundan əvvəl oğurluqda ittiham olunduğu bildirilir.

Kişilərdən biri, 34 yaşlı Əlcəzair vətəndaşı, Sena-Sen-Denis departamentindəki Aubervillierdə yaşayırdı və onun sözlərinə görə, çatdırılma sürücüsü işləyirdi. Digər kişi də eyni ərazidə yaşayırdı və çatdırılma sürücüsü kimi çalışırdı.

Prokurorun sözlərinə görə, onlara “qrup halında təşkil olunmuş oğurluq” və “cinayətkar sövdələşmə” ittihamları irəli sürülüb.

Bekküo əlavə edib ki, muzeydən oğurlanan zinət əşyaları hələ də tapılmayıb.

İstintaqın məlumatına əsasən, ümumilikdə dörd nəfər bu cinayətdə iştirak edib. İki şübhəli isə 26 oktyabr, bazar günü saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
38
12
interpress.az

10Mənbələr