UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçiriləcək oyuna “Çelsi” azarkeşlərinin sayı açıqlanıb.
Ölkə.Az İdman.Biz-ə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşdə London təmsilçisinə 1300 azarkeş dəstək olacaq.
Qonaqlar üçün üç sektor ayrılıb.
Qeyd edək ki, qarşılaşma noyabrın 5-də baş tutacaq və saat 21:45-də başlayacaq.