AZ

HƏMAS və İsrail Qəzzada atəşkəsə riayət etməyə hazır olduqlarınıBİLDİRDİ

HƏMAS və İsrail Qəzza zolağında atəşkəsə riayət etməyə sadiq olduqlarını təsdiqləyiblər.

Redaktor.az TASS-a istinadən xəbər ki, bu barədə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani Nyu-Yorkda Xarici Əlaqələr Şurasının iclasında çıxışı zamanı bildirib.

O, son atəşkəs pozulmasının gözlənilən olduğunu deyib: "Hər iki əsas tərəf atəşkəsə riayət etməli və razılaşmaya əməl etməli olduqlarını qəbul edir", - Əl Tani vurğulayıb.

O, ABŞ-nin mühüm rolunu qeyd edərək Dohanın atəşkəsə riayət olunmasını təmin etmək üçün hər iki tərəflə fəal şəkildə təmasda olduğunu əlavə edib.

Seçilən
13
2
redaktor.az

3Mənbələr