AZ

Oğuzda qanunsuz kömür quyuları aşkarlandı - FOTO

Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirlər zamanı rayonun Şirvanlı və Tayıflı kəndləri ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.
Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan 4 nəfər barəsində toplanmış material qərar qəbul edilməsi üçün aidiyyəti üzrə göndərilib. Kömür quyularının isə fəaliyyəti dayandırılıb.

Oğuzda

 

Seçilən
24
8
avtosfer.az

10Mənbələr