AZ

Kevin De Brüyne əməliyyat olundu

style='margin-bottom:10px;'>

“Napoli”nin yarımmüdafiəçisi Kevin De Brüyne əməliyyat olunub.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 34 yaşlı belçikalı futbolçu Antverpendə sağ bud nahiyəsindən uğurlu əməliyyat keçirib və bərpa prosesinə öz ölkəsində başlayacaq.

Futbolçu A Seriyasının VIII turunda “İnter”lə matçda, hesab 3:1 olarkən 33-cü dəqiqədə penalti zərbəsini vurduqdan sonra zədələnərək oyunu tərk edib. 

Qeyd edək ki, De Brüyne A Seriyasının VIII turunda “İnter”lə matçda 33-cü dəqiqədə penalti zərbəsini yerinə yetirdikdən sonra zədələnərək oyunu erkən tərk edib. Onun meydanlardan təxminən 3–4 ay uzaq qalacağı gözlənilir.

Seçilən
22
teleqraf.com

1Mənbələr